.::NAMAZ::.

alt

PEYĞƏMBƏRİMİZ (S.A.S) NƏYİ DİNLƏYƏRDİ?

Peyğəmbərimiz başqası Quran oxuyarkən dinləməyi xoşlayardı.
O (s.a.s) başqasının tilavətindən təsirləndiyi üçün, səhabələrindən Quran oxumağı xahiş edərdi və özü oturub dinləyərdi.
Bir gün Rəsulallah ibn Məsuddan Quran oxumağı tələb edir. İbn Məsud da təəccüblənir. Peyğəmbər (s.a.s) isə Ona (r.a) başqasından dinləməyi xoşladığını anladır. İbn Məsud Nisa surəsindən oxumağa başlayır.
Qurani Kərim Peyğəmbərə (s.a.s) vəhy olunub və məhz Ona (s.a.s) nazil olsa da, O (s.a.s) həmişə Quranı dinləməyi xoşlayardı.
Bir gün də Rəslullah (s.a.s) məscidin yanından keçərkək Əbi Musa əl-Əşarinin Quran oxuduğunu görür, dayanıb ona qulaq asmağa başlayır. Səhəri Rəsulullah (s.a.s) Ona (r.a) deyir:
“Dünən görsəydin, mən sənin qiraətinə qulaq asırdım...” Əbi Musa da : “Ya Rəsulallah, bilsəydim ki, mənə qulaq asırdın, (qiraətimi) Sənin üçün daha gözəl (avazlı, təcvidli) edərdim.”
Budur Rəsulullahın dinlədikləri.

Müsəlman qardaşım və bacım! Əsəblərini və hisslərini Rəbbinin kitabını dinləməklə sakitləşdir. Gözəl avazla, təcvidlə və təmiz oxuyan bir qarinin tilavətinə qulaq as, qoy Rəbbinin kəlamını oxusun, sən isə sakitcə bu kəlamı dinlə. Bununla həm Rəbbinin rizasını qazan, həm nəfsinin hiddətini azalt, həm də qəlbin salamtlıq və rahatlıq hiss etsin.
Necə ki, Rəsulullah (s.a.s) Qurani Kərim dinləyərdi. Onun əməli sənin üçün nümunə olsun. Gündəlik bir necə dəqiqə ayır, yaxud səhərdən gecə yatana qədər olan müddət ərzində bir vaxt ayır, qısa da olsa, Quran dinlə. İstər kasetdən, istər CD-dən, istər evdə, istər maşında, istər kompütəerdə və s. Onsuz da həyatın sıxıntısı, dünya problemləri və başqalarının təzyiqi hər gün səni kifayət qədər incidir. Rəbbinin kitabından, kəlamından daha münasib rahatlıq və sükunət tapa bilərsənmi?
“Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! (rahat olar)” (ər-Rad, 28)
Tanınmış müsəlman yazıçılarından biri, bir dəfə Avropada səfərdə olur. Gəmidə olarkən həmin gəmiyə Yuqoslaviyalı bir qadın da minir. Titonun zülmündən baş götürüb qaçmış birinə bənzəyirdi. Həmin günü də Cümə olduğundan bu yazıçı gəmidə olan müsəlmanları bir yerə yığır, xütbə verir və namazı qıldırır. Kommunist olan Yuqoslaviyalı bu qadın kənardan onları süzür. İmam namazda ƏLA və ĞAŞİYƏ surələrini oxuyur. Namazdan sonra qadın o yazıçıya yaxınlaşıb nə oxuduğunu soruşur. Yazıçı Allahın kitabından oxuduğunu bildirir. Qadın təəccüblənmiş halda qalır.

“(Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.” (əl-İsra, 88)
Quranın həqiqətən qəlbə və ruha təsiri var. Quran həqiqətən insanın daxilinə işləyir. Keçmişimiz, Rəsulullahın davamçıları, səhabələr və tabenlər Qurani Kərimin mənasına dəhşətlənirdilər:
Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır).” (əl-Həşr, 59)

“Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər).”(ər-Rəd, 31)

“(Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?! ” (əl-Mursələt, 50)

24 saat insan təşviş və həyəcan içində yaşayır. 360 dərəcəli təzyiqdən qısa bir müddət ayrılıb Rəbbinin kəlamını dinləsə, nəfsini, qəlbini və ruhunu bu qüvvənin təsirinə buraxsa, dincələr, beyni rahatlanar və əsəbləri soyuyar.

Quranla deyil, məhz musiqiylə rahatlıq tapmağımız isə cahilliyimizdən və səfeyliyimizdəndir.

Namaz qılmayan oruc tuta bilərmi?


Oruc adı gələndə insanların ağlına gələn ilk şey ac qalmaq olur. Aclıq elə şeydir ki, insan övladının belə qarşısında aciz qaldığı nəfsi özünə ram edə bilir. Yəqinki Allahın nəfsi məhz aclıq yolu ilə ədəbləndirməsinin bir hikməti də insan övladına nəfslə mübarizədə ən effektli silahın aşkarlanması idi. Bu bir ay insana öz nəfsi üzərində tam hakim olmaq üçün verilən ən əlverişli fürsətdir. Bu fürsəti dəyərləndirmək üçün öncə bu ibadətin şəkli ilə tanış olmalıyıq. Əlimizdə olan hədis kitablarından Peyğəmbərimizin tutduğu oruc şəkli ilə yaxından tanış ola bilirik. Bu məqalədə məhz bu məsələyə aydınlıq gətirməyə çalışacağıq. Allah Rəsulunun orucu necə olub?
Oruc Allaha ibadət məqsədilə fəcr anından gün batanadək orucu pozan şeylərdən (yemək, içmək və cinsi əlaqədən) uzaqlaşmaqdır.
Oruc İslamın rüknlərindən biridir. Allah Rəsulundan rəvayət olunan bir hədisdə İslamın beş şey “kəlimeyi-şəhadət, namaz, oruc, zəkat və həcc üzərində bina olduğunu” söyləyir.


Oruc kimlərə vacibdir?


Ağlı başında olan və həddi-büluğ yaşına çatan hər müsəlman kişi və qadına oruc tutmaq fərzdır. Dinimiz yetinlik yaşına çatmayana, xəstəyə və yaşlı insanlara orucu tutmağı vacib etmir. Oruc tutmağa gücü çatmayan yaşlı adamlara isə tutmadıqları hər günün əvəzinə bir fəqirə yemək yedirməsi tələb olunur.
Hamilə qadınlar və körpəsinə süd verən analar bu ayda oruc tutmazlarsa, tutmadıqları orucu daha sonra qəza etməlidirlər. Heyz (aybaşı) və nifas (zahılıq) halında olan qadınlar da tutmadıqları günləri daha sonra qəza etməlidirlər. Səfərdə olan insan isə istərsə oruc tutar, istərsə də daha sonra tutmadığı günləri qəza edər.


Oruc tutan nəyi tərk etməlidir?


1. Yalan danışmağı: Buxaridə rəvayət olunan hədisdə Peyğəmbərimiz buyurur: “Yalanı kənara qoymayanın yeməyi və içməyi kənara qoymasına Allahın ehtiyacı yoxdur”.
2. Söyüşü: İbni Xuzeymədə rəvayət olunan bir başqa hədisdə isə belə deyilir: “Oruc (ancaq) yemək-içməyi deyil, eyni zamanda yalan və söyüşü də tərk etməkdir. Əgər bir nəfər səni söyərsə, ona “Mən orucam” cavabını ver.


Orucluya qadağan olmayan şeylər


Oruclu cünublu oyanarsa, oruclu ikən qüsl ala bilər. Lakin bu zaman suyu udmamaq üçün diqqətli olmalıdır. Oruc tutan şəxs misvakdan da istifadə edə bilər. Allah Rəsulu “Əgər ümmətimə çətin olmasaydı, hər namaz vaxtı onlara misvak istifadə etmələrini əmr edərdim”, - buyurub. Bu hədis ümumi olduğu üçün Ramazan ayında da oruclunun misvak istifadə etməsinə (dişlərini fırçalamasına) icazə verilir. Oruclu şəxsə dəstəmaz aldığı zaman məzməzə və istinşaq (ağıza və buruna su almaq) da qadağan deyil. Allah Rəsulunun oruclu vaxtı məzməzə və istinşaq etdiyi xəbər verilib. Ancaq bu zaman ehtiyatı əldən verməmək lazımdır.

Orucu pozan şeylər


Qəsdən yemək yemək və ya su içmək orucu pozar. Əgər oruclu unudaraq və ya məcburən qidalansa, orucu pozulmaz. Məşhur bir hədisdə belə deyilir: “Əgər unudaraq yesə və içsə orucunu tamamlasın. Onu Allah yedirib və içiribdir”.

Cinsi əlaqə


Orucluya qadağan olunan şeylərdən biri də cinsi əlaqədir. Cinsi əlaqə orucu pozmaqla yanaşı kəffarət (cəza) gərəkdirir. Bu ya bir qul azad etmək, ya fasilə olmadan ardıcıl şəkildə iki ay oruc tutmaq və ya altmış fəqiri doyurmaqdan ibarətdir.

Namazsız oruc


Bu məsələ də günümüzdə çox soruşulan məsələlərdən biridir. Namaz qılmayan oruc tuta bilərmi? Bu məsələdə iki fikir var. İslamın rüknlərindən sayılsa da namaz və orucun bir-birində müstəqil ibadətlər olduğunu söyləyənlər namaz qılmayanların oruc tuta biləcəyini söyləyirlər. Çünki haqq-hesab günü orucun hesabı namazın hesabından ayrı olacaq. Lakin bir başqa görüşdə isə namazı dinin dirəyi olduğunu əsas götürənlər, bünövrəsi, əsası olmayan bir şeyin üzərinə başqa bir şeyin qoyulmasını mənasız adlandırırlar. Bu görüş sahibləri namaz qılmayan bir şəxsin başqa ibadətlərinin də qəbul olmayacağı fikrindədirlər.
Uca Allahdan Ramazan ayının əvvəlində bağışlanmağı, ortasında rəhməti və sonunda günahlardan azad olmaq fürsətini əldən verməməyi niyaz edirəm.


Qeyd:Fikirlərinizi Bildirməyi unutmayin...!

 
Hedisler

1. Imam Baqir eleyhissalam buyurur: "Qiyamet günü bendeden soruşulan ilk emel namazdır, eger namaz qebul olunsa sair emeller de qebul olunacaqdır, eks halda sair emeller ona heç bir fayda vermeyecekdir."

2. Resuli-ekrem (s.e.s.) buyurur: "Vacib namaz Allah yaninda yaxşi qebul olunmuş min hecc ve min umreye beraberdir."

3. Allahin Peyğemberi (s.e.s.) buyurub: Aileli şexsin qildiği iki reket namaz, geceleri oyaq qalib ibadet eden ve gunduzleri ise oruc tutmaqla keçiren subay adamin emelinden feziletlidir.

4. Huseyn ibni Eli eleyhissalam buyurur: Salam uçun yetmiş savab vardir, altmiş doqquzu salam verenin, biri ise salam alanindir.


5. Imam Eli eleyhissalam buyurur: Esla heç bir şey seni axiret dunyasi uçun emel etmekden saxlamasin. Çunki furset çox azdir...

6. Resuli-ekrem (s.e.s.) buyurur: Her insan oz dostunun, yoldaşinin dininin tesiri altinda olur, ona gore de kimlerle dostluq etmeyinizde diqqetli olun.

7. Imam Eli eleyhissalam buyurur: Qeybeti eşiden qeybet eden qeder gunah qazanar

8. Resuli-ekrem (s.e.s.) buyurur: "Namazda ele halda ol ki, sanki omrunun axirinci namazini qilirsan (namazi son derece huzuri-qelble qil, edam hokmu verilmiş şexsin edamdan qabaq qildiği son namazi kimi)."

9. Imam Eli eleyhissalam buyurur: "Eger namaz qilan şexs Rebbinin sonsuz rehmetinin onun halina nece şamil olduğunu bilseydi heç vaxt başini secdeden goturmezdi."

10. Resuli-ekrem (s.e.s.) buyurur: Bir melek her namaz vaxti nida edib deyir: Ey beni-Adem, namaza qalxin ve oz eleyhinize hazirladiğinizi (cehennem odunu namaz vasitesi ile) sondurun

11. Resuli-ekrem (s.e.s.) buyurur: Oz namazlarinizda (son derece) diqqetli olun, çunki Allah-taala qiyamet berqerar olarken bendeni getirer ve ondan soruşduğu ilk şey namaz olar, eger onu tamam-kamal yerine yetirmiş olarsa (bağişlanmiş insanlardan olar), eks halda Cehenneme atilar.

12. Resuli-ekrem (s.e.s.) buyurur: Haram yemekle birlikde olunan ibadet, (narin) qumlar ustunde tikilen binaya oxşayir.

13. Imam Emirel-mominin Eli eleyhissalam buyurur: Her kes gece çox yatsa (yeni gece namazı qılmasa), ele emelleri itirmiş olur ki, onlari gündüz elde ede bilmez.

14. Imam Sadiq eleyhissalam buyurur: Resuli-ekrem (s.e.s.) Cebraile dedi: Mene nesihet et. Cebrail dedi: Ey Mehemmed, ne qeder istesen yaşa, onsuz da axırda öleceksen; her neyi istesen sev, onsuz da onlardan ayrılacaqsan; her ne isteyirsen emel et, onsuz da onlari göreceksen. möminin şerefi gece namazında, izzeti ise camaatin namus-qeyretine toxunmamaqdadır.

15. Imam Sadiq eleyhissalam buyurur: Uç şey möminin fexri, dünyada ve axiretde zinetidir: Gecenin axırında namaz qılmaq, xalqın malına göz dikmemek, Mehemmed (s.e.s.) övladlarından olan imamin vilayetini qebul etmek.

16. Imam Eliyyibni Mehemmed Hadi eleyhissalam buyurur: Oz ehli-eyalin qarşısında öleceyin ve seni olumden xilas edecek bir tebibin, sene komek edecek bir dostun olmayacağı günü yada sal, xatırla!...

17. Allahin Peyğemberi (s.e.s.) buyurur: Asimanin rehmet qapilari dörd yerde açılır: yağış yağdıqda, övlad ata-ananın üzüne baxdıqda, Kebenin qapısı açıldıqda ve nikah baş verdikde.

18. Allahın Peyğemberi (s.e.s.) buyurur: Aileli yatmiş şexs, Allah yaınnda gündüzleri oruc tutub geceleri oyaq qalan subaydan üstündur.

19. Imam Sadiq eleyhissalam buyurur: Salamı birinci veren Allah ve Onun Resulunun yanında en eziz şexsdir.

20. Resuli-ekrem (s.e.s.) buyurur: Bir-birinizle qarşılaşanda salamlaşıb görüşün ve bir-birinizden ayrllanda ise bağışlanmaq istemekle ayrılın.

21. Resuli-ekrem (s.e.s.) buyurur: Qeybeti terk etmek Allah yanında on min reket müsteheb namaz qılmaqdan daha ezizdir.

22. Enes ibni Malik deyir: Resuli-ekrem (s.e.s.) buyurdu: Menden alti şeyi qebul edin, cennet üçün size zamin olum.

23. Danişanda (hedis deyende) yalan demeyin;


Yazıya görə Pervin Eliyev-a təşəkkür edirəm

 
 
rtwetwertwet
 
YeniEra 9018 ziyaretçiGozel Insan Burda Idid
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol