Web:Masder Administrator Redaktor
Saytın qayda və qanunları Saytda qayda-qanunun qoyulması yalnız və yalnız istifadəçilərin rahatçılığı üçündür. Bu qanunlara Admindən tutmuş qonaq istifadəçiyə qədər hər kəs əməl etməlidir. Qaydalar və Vəzifələr aşağıdakılardır:
Qaydalar:
Saytda Şərhlərdə və xəbər daxil edərkən Reklam etmək qətiyyən qadağandır. Nəticə etibarilə həmin user heç bir xəbərdarlıq edilmədən saytdan qovulacaqdır !
Söyüş və ya hər hansısa useri təhqir etmək olmaz. Gəlin mehriban olaq, hər kəs hər kəsə hörmətlə yanaşsın. Bunun nəticəsi xəbərdarlıq və ya birbaşa qovulmadır
Userlər, şəxsi şəkillərə fikir verin ! Pornoqrafik və ya reklam xarakterli şəkillər(avatarlar) vermək olmaz !. Həmin user şəkil daxil edilmədən məhrum ola vəya ban vurula bilər !!!
Xəbər daxil edən müəllifə gəlin hörmətlə yanaşaq. Onlar da sizlər üçün çalışır. Əməyə hörmət etmək hər birimizin borcudur. Unutmayın ki, sayta verilən xəbərin hər biri nöqtə vergülünə qədər administrasiya tərəfindən yoxlanılır.
Vəzifələr:
Hər bir statuslu user öz vəzifəsini lazımınca yerinə yetirməlidir. Xəbər daxil edən müəlliflər ölü linkləri təzələməkdə borcludurlar, bununla bağlı administrasiyaya bildirməlidir - bunun üçün şəxsi İsmarıclar vardır!.
Hər bir istifadəçi hər bir xəbərə öz şəxsi fikrini bildirməkdə azaddırlar,
istər "+" istər "-" (əlbəttə ki söyüş və təhqirsiz!)
Gördüyünüz kimi şərtlər çox sadə və rahatdır. Əlbəttə ki, bu qaydaları çox istifadəçilərimiz bilir. Amma bilməyənlər və qayda-qanunları pozan istifadəçilər də vardır. Qaydaları pozandan sonra nəticəsini görəndə inciklik olur.